Sudanda dövlət çevrilişinə cəhd olub

Çevriliş cəhdinin qarşısı alınıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyul 2019, 10:50

Sudan Keçid Hərbi Şurası dövlət çevrilişinə cəhdin qarşısını alıb.  

 

İnterAz PressTV-yə istinadən xəbər verir ki, yüksək rütbəli general Camal Ömər dövlət televiziyasına açıqlamasında bildirib ki, bununla bağlı 12 zabit və dörd əsgər həbs olunub.

 

"Milli Kəşfiyyat və Təhlükəsizlik Xidməti ilə ordunun zabit və hərbçiləri dövlət çevrilişinə cəhd göstərib. Bu keçid hərbi şurası və Azadlıq və Dəyişiklik İttifaqı tərəfindən əldə edilən razılaşmanın qarşısını almaq cəhdidir", o bildirib.

 

Çevriliş cəhdinin qarşısı alınıb.