Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb

Sinoptiklər leysanın Assamda azı iki gün də davam edəcəyini bildiriblər...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyul 2019, 11:04

Hindistanın şimal-şərqindəki Assam ştatında ötən həftənin sonundan davam edən leysan yağışına görə 400 mindən çox insan daşqın zonasında qalıb.

 

İnterAz bu barədə RİA "Novosti"yə xəbər verir.

 

Daşqın ümumilikdə 749 kəndə təsir edib, 17 min hektar əkinə yararlı torpaq sahəsi su altında qalıb. Aramsız yağışdan dolayı çaylarda suyun səviyyəsi rekord həddə yaxınlaşıb.

 

Sinoptiklər leysanın Assamda azı iki gün də davam edəcəyini bildiriblər.