Əhalisinin sayı azalan ölkələrin TOP 10-luğu

Tokelaunun əhalisinin sayının azalmağına təsir edən vacib amillərdən biri sakinlərin Samoa və Yeni Zelandiyaya miqrasiyasıdır. ..

Bakı, Aytən Əliyeva, İnteraz - 13 Iyul 2019, 10:23

Hazırda Yer kürəsində 7,7 milyard insan yaşayır.  Lakin əhali heç də bütün dünya üzrə bərabər paylanılmayıb. Müharibə, quraqlıq, qaçqın böhranı, iş üçün şəraitin dəyişməyi  - bütün bu amillər bir ölkədə əhalinin sayının azalmağına, digərlərində isə artmağına gətirib çıxarır.

 

İnterAz Oxu.Az-a istinadən 1950-ci ildən bəri əhalisinin sayı ən çox azalan 10 ölkəni təqdim edir:

 

1.Niue

 

1950-ci ildən bəri əhali artımı: -1,51%

 

İlk növbədə, Niue əhalisinin sayının onsuz da az olduğunu vurğulamaq lazımdır. Lakin bu göstərici 1960-cı illə müqayisədə 5 mindən 1600 nəfərədək azalıb.

 

Bu, əhalinin bir hissəsinin daha yaxşı iş tapmaq məqsədi ilə Yeni Zelandiyaya miqrasiyası ilə bağlıdır.  

 

2. Monserrat

 

1950-ci ildən bəri əhali artımı: -1,42%

 

Monserratda əhalinin sayının azalmağına təsir edən əsas amillərdən biri 1995-ci ildə Sufrier-Hils vulkanının püskürməyi olub. O zaman adanın üçdən ikisi dağılmışdı, minlərlə insan isə oranı tərk etməli olmuşdu.

 

3. Tokelau   

 

 1950-ci ildən bəri əhali artımı: -0,21%

 

Tokelaunun əhalisinin sayının azalmağına təsir edən vacib amillərdən biri sakinlərin Samoa və Yeni Zelandiyaya miqrasiyasıdır. Belə ki,  insanlar iş və yaşayış üçün daha yaxşı şərait axtarışındadırlar.

 

4. Vatikan

 

1950-ci ildən bəri əhali artımı: -0,17%

 

Vatikanda yaşayan 800 nəfərin Roma Katolik kilsəsində işlədiyi, yəni rahibə və keşişlər olduğu üçün doğuşun göstəriciləri burada olduqca aşağıdır.

 

5. Bolqarıstan

 

1950-ci ildən bəri əhali artımı: -0,06%

 

Mühacirət Bolqarıstan əhalisinin sayının aşağı düşməsinə təsir göstərən əsas səbəbdir. Avropa İttifaqı dövlətləri arasında ən aşağı aylıq əmək haqqı və pensiya məhz bu ölkədədir. Ölkə sakinlərinin 40%-i yoxsulluq səviyyəsindədir.

 

6. Latviya

 

1950-ci ildən bəri əhali artımı: -0,03%

 

Ölkədə aşağı əmək haqlarına görə, mühacirət bu ölkədə də əhali sayına təsir göstərən amildir.

 

Lakin bu, heç də yeganə səbəb deyil. Belə ki, Latviyada da doğuş səviyyəsi olduqca aşağıdır.

 

7. Macarıstan

 

1950-ci ildən bəri əhali artımı:  0,05%

 

Macarıstan KİV-ə əsasən, əhalinin sayının aşağı düşməyinə təsir göstərən əsas səbəb ölkədə ölənlərin sayının doğulanlara nisbətən çox olmağıdır.

 

Bundan başqa, əhalinin böyük hissəsi miqrasiya edir. Ali təhsil ocaqlarını bitirənlərin 8%-dən çoxu xarici ölkələrdə işə düzəlirlər.

 

Qeyd edilir ki, hər altıncı macar körpəsi xaricdə doğulur.

 

8. Litva

 

1950-ci ildən bəri əhali artımı: 0,08%

 

Litva əhalisinin sayı, demək olar ki, dəyişməyib. Bu, insanların əsasən Böyük Britaniya olmaqla, xarici ölkələrə üz tutması ilə bağlıdır.

 

Eyni zamanda, ölkədə doğuşun da səviyyəsi çox aşağıdır. Litva 1989-cu ildə Sovet İttifaqının tərkibindən çıxan zaman ölkədə  3,7 mln insan yaşayırdı. Hazırda isə ölkə əhalisinin sayı 2,8 mln nəfərədək azalıb.

 

9. Xorvatiya

 

1950-ci ildən bəri əhali artımı: 0,09%

 

Xorvatiya əhalisinin sayı 1950-ci ildən bəri, demək olar ki, dəyişməyib.  Hazırda əhali sayının azalmağı müşahidə olunur ki, bu həm də doğuşun səviyyəsinin aşağı düşməyi, həm də mühacirətlə əlaqədardır.

 

Bəzi mənbələr 2015-2017-ci illər arasında ölkənin 200 min insan itirdiyini bildirir. Sonuncu dəfə Xorvatiya əhalisinin sayında artım 1997-ci ildə müşahidə olunub.

 

10. Gürcüstan 

 

1950-ci ildən bəri əhali artımı:0,18%

 

Ekspertlər Gürcüstanda əhalinin sayının azalmağına əsas səbəb kimi SSRİ-i dağıldıqdan sonra ölkəni bir milyondan çox insanın daha yaxşı iş və həyat axtarışında tərk etməyini gətirirlər.