Moqerini: Avropa İttifaqı türk xalqı ilə həmrəydir

Diplomatiya rəhbəri görüşdən əvvəl Şərqi Aralıq dənizindəki vəziyyəti Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə müzakirə etdiyini söyləyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyul 2019, 15:36

Avropa İttifaqı türk xalqı ilə həmrəydir.

 

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Federika Moqerini Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində bildirib.

 

Diplomatiya rəhbəri görüşdən əvvəl Şərqi Aralıq dənizindəki vəziyyəti Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə müzakirə etdiyini söyləyib. 

 

"Avropa Birliyinin həmişə türk xalqı ilə həmrəylik içində olduğunu qeyd etdim. Bu gün Türkiyədə hərbi çevriliş cəhdinin üçüncü ildönümüdür. Həmin gecəni hamımız xatırlayırıq. Türk xalqı ilə  həmrəyliyimiz  müzakirəedilməzdir", - Moqerini deyib.

 

Diplomatiya rəhbəri bildirib ki, toplantı iştirakçıları İranla nüvə razılaşması, miqrasiya, Afrika və Liviyadakı vəziyyəti müzakirə edəcəklər.