9 nəfərin öldüyü təyyarə qəzası anbaan kameraya düşüb

İnsidentin səbəbləri araşdırılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Iyul 2019, 10:29

İsveçdə təyyarə qəzası nəticəsində 9 nəfər həlak olub.

 

İnterAz “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında, Umeo şəhərinin yaxınlığında baş verib. Uçuşdan 40 dəqiqə sonra təyyarədən təhlükə siqnalları daxil olmağa başlayıb. Yerli KİV-in məlumatına görə, sulara qərq olan hava gəmisinin göyərtəsində paraşütçülər olub.

 

İnsidentin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, baş verənlər həvəskar kamera ilə lentə alınıb.