Angela Merkel himni yenə oturaraq dinləyib

Protokol qaydaları üzrə himnin dinlənməsi zamanı onlar musiqini oturaraq dinləyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Iyul 2019, 16:19

Almaniya kansleri Angela Merkel protokol qaydalarına zidd olaraq dövlət himnini oturaraq dinləyib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu, Moldovanın baş naziri Maya Sandu ilə görüşdə baş verib.

 

Protokol qaydaları üzrə himnin dinlənməsi zamanı onlar musiqini oturaraq dinləyib.

 

Bu, artıq protokol dəyişikliyinə yol verilən - dövlət başçılarının himnləri oturaraq dinlədiyi ikinci haldır. Bundan əvvəl Almaniya kansleri Berlində Danimarkanın baş naziri Mette Frederiksenlə görüşdə himni oturaraq dinləyib.