İraqda 6 PKK terrorçusu zərərsizləşdirilib

Bundan başqa, terrorçuların sığınacaqları dağıdılıb...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 19 Iyul 2019, 14:02

Türkiyə Silahlı Qüvvələri İraqın şimalına hava zərbələri endirib.

 

İnterAz-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hava zərbələri nəticəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

 

Bundan başqa, terrorçuların sığınacaqları dağıdılıb.