İran Silahlı Qüvvələri Trampın ölkə PUA-sının vurulması ilə bağlı iddiasını təkzib edib

Bunu İran Silahlı Qüvvələrinin rəsmi sözçüsü briqada generalı Əbulfəz Şekarçi deyib...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 19 Iyul 2019, 14:27

 İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və onun müavini Abbas Əraqçinin təkzibindən sonra İranın Silahlı Qüvvələri də Trampın İran PUA-sının vurulması ilə bağlı iddiasını təkzib edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin rəsmi sözçüsü briqada generalı Əbulfəz Şekarçi deyib.