Cəbəllütariq hökuməti İran tankerinin həbs müddətini uzadıb

Xatırladaq ki, iyulun əvvəlində Cəbəllütariq hökuməti Suriyaya xam neft daşıyan “Grace 1” tankerini həbs etmişdi...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 19 Iyul 2019, 15:25

Cəbəllütariq Ali Məhkəməsi hökumətə İrana məxsus “Grace 1” tankerinin həbs müddətini daha 30 gün uzatmaq səlahiyyətini verib.

 

İnterAz yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin baş prokuroru Maykl Llamas Ali Məhkəmə sədrinin də iştirakı ilə keçirilən dinləmə zamanı həbs əmrinin müddətinin avqustun 15-dək uzadıldığını bildirib.

 

Xatırladaq ki, iyulun əvvəlində Cəbəllütariq hökuməti Suriyaya xam neft daşıyan “Grace 1” tankerini həbs etmişdi.