Tibetdə 5,6 bal gücündə zəlzələ oldu

Zəlzələnin 5,6 bal gücündə və yerli vaxtla axşam saatlarında baş verdiyi bildirilir...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 19 Iyul 2019, 16:19

Çində zəlzələ baş verib.

 

İnterAz-ın məlumatına görə, təkanlar Tibet muxtar vilayətində qeydə alınıb.

 

Zəlzələnin 5,6 bal gücündə və yerli vaxtla axşam saatlarında baş verdiyi bildirilir. Zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.

 

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.