Nur-Sultanda Suriyadakı siyasi prosesinin təşviqi müzakirə ediləcək

Görüşdə zəmanətçi ölkələr İran, Rusiya və Türkiyənin nümayəndə heyətləri iştirak edəcək...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 19 Iyul 2019, 17:14

Nur-Sultanda 1-2 avqust tarixlərində Suriya mövzusunda 13-cü beynəlxalq yüksək səviyyəli görüş keçiriləcək.

 

İnterAz xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. 

Görüşdə zəmanətçi ölkələr İran, Rusiya və Türkiyənin nümayəndə heyətləri iştirak edəcək. BMT, İordaniya, Livan və İraq nümayəndələri danışıqlarda müşahidəçi olaraq kömək edəcək.

Müzakirənin əsas mövzusu Suriya, xüsusilə İdlibdə və ölkənin şimal-şərqindəki mövcud vəziyyət olacaq.