İran ABŞ hərbi gəmilərinin havadan yeni görüntülərini yayımlayıb

Tramp ötən gün səhər iddia edib ki, Fars Körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşan bir İran pilotsuz təyyarəsi vurulub...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 10:00

İran Fars Körfəzində üzən ABŞ hərbi gəmilərinin havadan görüntülərini yayıb və bu görüntülərin Trampın iddialarını təkzib etdiyini bildirib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, İran İslam İnqilabının Keşikçilər Ordusu Trampın vurulduğu dediyi pilotsuz təyyarəsinin çəkdiyi görüntüləri yayımlayıb.

 

Sepah İran PUA-nın carı ayın 18-də yerli vaxt ilə səhər saat 10 radələrində Fars Körfəzində üzən bir neçə ABŞ hərbi gəmisinin o cümlədən müxtəlif növ helikopterləri daşıyan “USS Boxer” aviadaşıyıcısının havadan çəkilən görüntülərini yayımlayıb.

 

Sepah bildirib ki, "Trampın iddia etdiyinə əsasən bu pilotsuz təyyarə vurulmuşdu, lakin biz sübut etdik ki ABŞ-ın iddiası əsassız və yalandır."

 

Qeyd edək ki, Tramp ötən gün səhər iddia edib ki, Fars Körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşan bir İran pilotsuz təyyarəsi vurulub.