Türkiyə HHQ İraqın şimalında 2 PKK terrorçusunu zərərsizləşdirib

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 11:23

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

 

İnterAz-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

 

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.