İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - Yüzdən çox yaralı var

Yaralananlar arasında 4 jurnalist və tibbi yardımçı var...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 11:35

İsrail qüvvələri Qəzzanın şərqində sərhədlər istiqamətdə dönüş yürüşü keçirən fələstinlilərə odlu silahlarla qarşılıq verib. Yaralananlar var.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, səhiyyə mənbələri ötən gün axşam saatlarına qədər davam edən yürüşdə 100-dən çox fələstinlinin yaralandığını bildirib.

 

Yaralananlar arasında 4 jurnalist və tibbi yardımçı var.

 

Fələstinlilər 67-ci dönüş yürüşündə İsrail bayraqlarını yandırıblar.

 

Qeyd edək ki, fələstinlilərin hər cümə günü keçirilən "Dönüş və mühasirəni yarmaq yürüşü" ABŞ hökumətinin Qüds qərarından sonra başlayıb. Bu yürüşlərdə ölənlərin sayı 300-ü keçib.