ABŞ Konqresində "Eksorsizm" ritualı keçirilib

"Müqəddəs adınla bütün qaranlıq ruhları, səndən olmayan bütün ruhları bu məclisdən uzaqlaşdırıram", deyə rahib dua edib...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 11:55

ABD Konqresi Nümayəndələr Palatasının rahiblərindən biri olan Patrik Konroy prezident Donald Trampı iqrçilikdə bağlı ittiham edin qətnamənin müzakirəsindən əvvəl "eksozsizm" (şeytan qovma) ritualı keçirib.  Bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

 

"Müqəddəs adınla bütün qaranlıq ruhları, səndən olmayan bütün ruhları bu məclisdən uzaqlaşdırıram", deyə rahib dua edib.

 

İnterAz xəbər verir ki, "Eksorsizm" ritualı C-SPAN kanalı vasitəsi ilə yayımlanıb.

 

Məlumata əsasən, konqresmenlər arasında  qətnamənin müzakirəsi zamanı mübahisələr yaranıb və bir neçə saat sonra sakitlik bərpa edildikdən sonra səsvermə keçirilib.