Britaniya neft gəmilərinə Hörmüzdən keçməməyi tövsiyə edib

Tövsiyə edilib ki, Britaniya gəmiləri müvəqqəti olaraq Hörmüz boğazından keçməyi dayandırsınlar...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 12:28

Böyük Britaniya ölkənin neft gəmilərinə Hörmüz boğazından müvəqqəti olaraq keçməməyi tövsiyə edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Britaniya Hökuməti bəyanat verib.

 

Tövsiyə edilib ki, Britaniya gəmiləri müvəqqəti olaraq Hörmüz boğazından keçməyi dayandırsınlar.

 

Qeyd edək ki, İran ötən gün Hörmüzdə Britaniyanın bir neft gəmisini saxlayaraq Bəndər-Abbas sahilinə aparıb.

 

Britaniyanın xarici işlər naziri ölkə gəmisinin buraxılmayacağı təqdirdə İrana sərt cavabın veriləcəyini bildrib.

 

Qeyd edək ki, İran da carı ayın 4-də Britaniya tərəfindən bir gəmisinin saxlanıldığına görə rəsmi Londona xəbərdarlıq etmişdi.