ABŞ Maduro gedənə qədər sakitləşməyəcək - Con Bolton

ABŞ Maliyyə Nazirliyinin Venesuelaya qarşı yeni sanksiyalar tətbiqini şərh edən Bolton yazıb...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 13:15

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton  Venesuela prezidenti Nikolas Maduro istefa etməyənə  qədər ABŞ-ın sakitləşməyəcəyini bildirib. İnterAz xəbər verir ki, o bu barədə  Twitter-dəki səhifəsində yazıb.

 

ABŞ Maliyyə Nazirliyinin Venesuelaya qarşı yeni sanksiyalar tətbiqini şərh edən Bolton yazıb:  "Rüşvətxorların venesuelalılardan sui-istifadə etməsinə son qoyulana və despotik Maduro hakimiyyətdən gedənə qədər ABŞ sakitləşməyəcək."

 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Venesuelaya qarşı sanksiya siyahısını genişləndirərərk Bolivar Respublikasının daha dörd vətəndaşına qarşı sanksiya tətbiq edib.