Almaniya İranın Hörmüz boğazında gəmiləri saxlamasını pisləyib
Almaniya, İranı "ikinci gəmi və ekipajını dərhal azad etməyə" çağırır...
Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 16:30
Almaniya İranın Hörmüz boğazından keçən xarici gəmiləri saxlamasını pisləyib.
İnterAz RT-yə istinadən xəbər verir ki, müvafiq bəyanat Almaniya Xarici İşlər Nazirliyinin Twitter-dəki səhifəsində yerləşdirilib.
"Almaniya, Fars körfəzindən keçən ticarət gəmilərinin saxlanılmasını pisləyir. Bu, onsuz da gərgin olan vəziyyəti daha da alovandırır", deyə XİN-in bəyanatında deyilir.
Almaniya, İranı "ikinci gəmi və ekipajını dərhal azad etməyə" çağırır.
Qeyd edək ki, İran ötən gün Hörmüzdə Britaniyanın neft gəmisini saxlayaraq Bəndər-Abbas sahilinə aparıb.