Çavuşoğlu: S-400-lər “Patriot”dan daha yaxşıdır

Çavuşoğlu həmçinin Türkiyənin F-35-dən uzaqlaşdırılacağı halda Türkiyənin müstəqil ölkə kimi gərəkli addımlar atacağını deyib...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 22 Iyul 2019, 14:31

S-400 istənilən zaman istifadə olunaacaq müdafiə sistemidir.

 

İnterAz Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Bu, sadəcə sülhü qorumaq üçün alınan sistemdir. S-400-lər “Patriot”lardan daha yaxşı sistemdir. Daha bahalı olmasına baxmayaraq, “Patriot”u müttəfiqlərimizdən istəmişdik, amma bizə satmamışdılar”, – deyə o bildirib.

 

Çavuşoğlu həmçinin Türkiyənin F-35-dən uzaqlaşdırılacağı halda Türkiyənin müstəqil ölkə kimi gərəkli addımlar atacağını deyib.