İphone 11-in özəllikləri təqdim olunub

Yeni İphone modellərində gözlənilən ən böyük yenilik isə Type-C və ekrandan barmaq izi sensorudur...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 23 Iyul 2019, 10:18

Apple-nin bir müddətdir üzərində çalışdığı İphone 11 üçün həyəcanlı gözləyiş davam edir. Apple istifadəçiləri maraqla İphone 11-in təqdim ediləcəyi günü gözləyir. Bəs İphone 11-in xüsusiyyətləri nələr olacaq?

 

İnterAz chip.az-a istinadən bildirir ki, sentyabr ayında Apple tərəfindən təqdimatı gözlənilən İphone 11 üçün geriyə sayım davam edir. Texnologiya nəhəngi bu dəfə telefonun dizaynında da dəyişikliklərlə qarşımıza çıxacaq. Xüsusilə cihazın arxa hissəsindəki dəyişiklik istifadəçilərin diqqətini çəkir. Qrafik dizayner Hasan Kaymak da məlumatlardan yola çıxaraq İphone 11-in ehtimal olacaq obrazını yaradaraq təəccüb yaratdı.

 

İphone XI  5.8 düyümlük bir ekrana sahib olacaq. Max isə 6.5 düyümlük geniş ekranla tanıdılacaq. İphone XR 2019 variantının ekranı isə 6.1 düyüm olacaq.

 

Paylaşılan məlumatlara əsasən 2019-cu il İphone XI modelinin üçlü əsas kamera quruluşuna, 4000 mAh batareyaya, 15W kabelsiz doldurma dəstəyinə və 120Hz OLED ekrana sahib olacağı  bildirilmişdi.

 

 Apple-ın Sentyabr ayında təqdim edəcəyi seriyaları İphone XI, İphone XI Maks və İphone XR 2019 olaraq adlandırılacağı güman edilir.

 

Wall Street Journal tərəfindən son paylaşılan hesabatlarda İphone XI-in 5.8 düym ölçülü OLED ekranın üzərində qurulacaq.

 

2018 model XR-nın əksinə XR 2019-un 6.1 düyümlük OLED ekranın üzərində qurulacaq.

 

Həmçinin kamera baxımından da bir əvvəlki nəsil XR modelinə görə fərqlilik göstərəcək olan XR 2019-un cüt arxa kamera quruluşuna da sahib olması gözlənilir.

 

Yeni İphone modellərində gözlənilən ən böyük yenilik isə Type-C və ekrandan barmaq izi sensorudur.

 Bundan başqa ölçülərdə də bir sıra tədbirlər də keçiriləcək. Bunlar oyuğun ölçüsünün kiçildilməsinə yönəlik olacaq. Type-C girişinə malik İphone, İphone sahibləri üçün ucuz və asan aksessuarın yolunu açacaq.