Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq

“Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 10 Avqust 2019, 14:21

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq.

 

İnterAz-ın məlumatına görə, bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib.

 

O bildirib ki, hava dəhlizi bu il avqustun 15-də açılacaq.

 

H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub:

 

“Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”.