Qəzzanın şərqində İsrail qüvvələri ilə atışmada 4 fələstinli həlak olub

Dirul-Bələh adlı yaşayış məntəqəsinə bir neçə hava zərbəsi endirilib...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 10 Avqust 2019, 14:38

Qəzzanın şərqində İsrailin qurduğu sərhəd zolağında atışma zamanı 4 fələstinli həlak olub.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail qüvvələri ilə fələstinlilər arasında gedən atışma ölümlə nəticələnib.

 

Məlumata görə ötən gecə baş verən bu atışmada 4 fələstinli həlak olub.

 

İsrail Ordusu bildirib ki, fələstinlilər sərhədi keçməyə cəhd ediblər.

 

Bunun ardından İsrailin hərbi pilotsuz təyyarələri Qəzzanın mərkəzində Dirul-Bələh adlı yaşayış məntəqəsinə bir neçə hava zərbəsi endirib. Hava zərbələrinin tələfat və xəsarətləri barədə hələ məlumat yoxdur.