Türkiyə təyyarələri İraqa aviazərbə endirib

Təyyarələrin aviazərbələri nəticəsində 6 terrorçu məhv edilib...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 10 Avqust 2019, 16:19

Türkiyə təyyarələri İraqın şimalında separatçı PKK terror təşkilatı hədəflərinə aviazərbələr endirib.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

 

Aviazərbələrin Qara və Haftanin bölgəsinə endirildiyi bildirilib. 

 

Təyyarələrin aviazərbələri nəticəsində 6 terrorçu məhv edilib.