Hindistanda daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

Hindistanın bir neçə ştatında güclü yağışlar nəticəsində yaranmış daşqınlardan ölənlərin sayı 100 nəfəri ötüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Avqust 2019, 09:28

Hindistanın bir neçə ştatında güclü yağışlar nəticəsində yaranmış daşqınlardan ölənlərin sayı 100 nəfəri ötüb.

 

İnterAz xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

 

"Hindistanın üç ştatında daşqınlardan ölənlərin sayı 104 nəfərə çatıb. Güclü yağışlar və sürüşmələr bir neçə min insanı öz evlərini tərk etmək məcburiyyətində qoyub", — deyə məlumatda bildirilir.

 

Agentliyin məlumatına görə, Kerala ştatında 51 nəfər ölüb, Maharaştr və Karnatakda isə müvafiq olaraq 29 və 24 nəfər həyatını itirib.