Türkiyə “F-35”-i “Su-35”-lərlə əvəzləyə bilər

Əgər ABŞ “F-35” döyüş təyyarələrini satmaqdan imtina etsə, Türkiyə Rusiyanın “Su-35” qırıcıları barədə düşünəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Avqust 2019, 08:42

Əgər ABŞ “F-35” döyüş təyyarələrini satmaqdan imtina etsə, Türkiyə Rusiyanın “Su-35” qırıcıları barədə düşünəcək.

 

İnterAz APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazıb.

 

Hərbi mənbələrə istinad olunan məlumatda qeyd edilib ki, hazırda Türkiyə hakimiyyəti Rusiyanın “Su-35” çoxməqsədli qırıcıları almaq təklifini qiymətləndirir.

 

Xatırladaq ki, daha əvvəl Rostex dövlət korporasiyasının rəhbəri Sergey Çemezov da belə bir təkliflə çıxış etmişdi. O bildirmişdi ki, əgər rəsmi Ankaranın belə bir istəyi varsa, Rusiya Türkiyəyə “Su-35”-ləri satmağa hazırdır. 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın “F-35” qırıcılarını satmaqdan imtina etdiyi təqdirdə Ankaranın tədbir görəcəyini, eyni modifikasiyalı təyyarələri başqa bazarlarda axtaracağını söyləmişdi.