Türkiyə MN: S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək

Müdafiə naziri qeyd edib ki, Türkiyənin öz hava məkanını müdafiə etməyə ehtiyacı var...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Avqust 2019, 13:46

Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının tədarükü avqust-sentyabrda həyata keçiriləcək.

 

İnterAz-ın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.

 

Müdafiə naziri qeyd edib ki, Türkiyənin öz hava məkanını müdafiə etməyə ehtiyacı var.

 

Qeyd edək ki, iyulun 12-də S-400-lərin ilk partiyası Rusiyadan Türkiyəyə tədarük olunub.