Nigeriya şiələrinin lideri ölkəni tərk edərək Hindistana yollanıb

"Nigeriya İslam Hərəkatı"nın lideri Şeyx İbrahim Zəkzaki xanımı ilə birgə Hindistana çatıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Avqust 2019, 09:21

 "Nigeriya İslam Hərəkatı"nın lideri Şeyx İbrahim Zəkzakinin müailcə məqsədilə ölkəni tərk edərək, Hindistana yollanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, "Nigeriya İslam Hərəkatı"nın lideri Şeyx İbrahim Zəkzaki xanımı ilə birgə Hindistana çatıb.

 

Məlumata görə Şeyx Zakzaki Hindistanın Qurqaon şəhərindəki Medanta klinikasına yaerləşdirilib.

 

Bu müalicə səfərində İbrahim Zəkzakini Nigeriya Kəşfiyyatı üzvləri də müşayiət edir.

 

Qeyd edək ki, Zəkzaki 2015-ci ildə polisin hücumu nəticəsində bir gözünü itirib. Onun ikinci gözü də görmə qabiliyyətini itirmək üzrədir.

 

Şeyx İbrahim Zəkzaki 2014-cü ildə Zaria şəhərində polisin aksiyalçılara atəş açması nəticəsində 3 oğlunu itirib. Şeyxin özü isə 2015-ci ilin dekabrında Məhəmməd Peyğəmbərin mövludu ilə bağlı keçirilən tədbirə hücum zamanı yaralanıb və həbs edilib. Nigeriya təhlükəszilik qüvvələrinin həmin hücumunda azı 300 mülki şəxs həlak olub. Nigeriya Məhkəməsi ötən həftə şeyxin müalicə məqsədilə xaricə getməsinə icazə verib.