Merkel növbəti dəfə siyasətdən gedəcəyi vaxtı açıqlayıb

Xanım kansler həmçinin Avropa Birliyi səviyyəsində fəaliyyətinə davam edəcəyini də sözlərinə əlavə edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Avqust 2019, 10:22

Almaniya kansleri Angela Merkel növbəti dəfə böyük siyasətdən gedəcəyi vaxtı açıqlayıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, kansler bu barədə “Ostsee-Zeitung” qəzetinin oxucuları ilə görüşündə deyib. 

 

O bildirib ki, 2021-ci ildə keçiriləcək növbəti Bundestaq seçkilərindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacaq.

 

“Əlbəttə, mən yenə siyasi şəxs olaraq qalacağam, amma aktiv siyasi fəaliyyətlə məşğul olmayacağam”, - deyə Merkel qeyd edib. 

 

Xanım kansler həmçinin Avropa Birliyi səviyyəsində fəaliyyətinə davam edəcəyini də sözlərinə əlavə edib.

 

Qeyd edək ki, Angela Merkel 2018-ci ilin sonunda Xristian Demokrat Birliyinin sədri vəzifəsindən istefa versə də, kansler olaraq vəzifəsində qalıb.