Kreml Moskvadakı etiraz aksiyalarını şərh edib

Etiraz aksiyaları bütün dünyada yaşanır, bunlar konkret məsələlərdən qaynaqlanır...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2019, 10:28

Vladimir Putin Moskvadakı etiraz aksiyalarına diqqət yetirir, lakin Kreml bunları qeyri-adi bir şey kimi dəyərləndirmir.

 

İnterAz RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

"Hər gün Rusiyada çox sayda hadisə baş verir, bu, əlbəttə ki, prezidentin diqqət mərkəzində olan məsələlərdir. O, hər biri ilə bağlı öz fikirlərini bildirməyə ehtiyac duymur", Peskov jurnalistlərə deyib.

 

O qeyd edib ki, etiraz aksiyaları bütün dünyada yaşanır, bunlar konkret məsələlərdən qaynaqlanır.

 

"Bunu siyasi böhran adlandıranlarla razılaşmırıq", deyə prezident sözçüsü əlavə edib.