Suriya Ordusu İdlibin cənub qapısında iki kəndi azad edib

Suriya Ordusu bundan öncə Skik kəndini və ətraf təpələri nəzarətə götürməklə irəliləyə bilmişdi...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2019, 11:18

Suriya Ordusu İdlib əyalətinin cənubunda yerləşən Hbeyt kəndindən sonra Kəfər-Eyn yaşayış məntəqəsini də azad edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Suriya Ordusu İdlibin cənubunda Hbeyt kəndindən sonra Kəfər-Eyn yaşayış məntəqəsini də azad edib və strateji Xan-Şeyxun şəhərinin 7 km-ə çatıb.

 

Suriya Ordusu bundan öncə Skik kəndini və ətraf təpələri nəzarətə götürməklə irəliləyə bilmişdi.

 

Məlumata görə Suriya Ordusu İdlib əyalətinin cənubunda Xan-Şeyxun şəhərini nəzarətə götürməyi planlaşdırır.

 

Qeyd edək ki, 2017-ci ildə Türkiyə və Rusiyanın vasitəçiliyi ilə bölgə ilə bağlı əldə edilən atəşkəs anlaşması artıq 4 aydır ki intensiv şəkildə pozulur.