Çin ABŞ-a məxsus hərbi gəmilərin Honkonq limanına daxil olmasına icazə verməyib

ABŞ rəsmisi jurnalistlərə rədd səbəbləri ilə bağlı sualın Çinə verilməli olduğunu deyib...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 14 Avqust 2019, 12:32

Çin ABŞ-a məxsus iki hərbi gəminin Honkonq limanına daxil olmasına icazə verməyib.

 

İnterAz xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit okean donanmasının mətbuat xidmətinin rəhbəri Neyt Kristensen məlumat verib. 

 

"Çin hökuməti Honkonq limanına səfər istəyimizi rədd etdi”, - deyə ABŞ rəsmisi bildirib. ABŞ rəsmisi jurnalistlərə rədd səbəbləri ilə bağlı sualın Çinə verilməli olduğunu deyib.

 

Xatırladaq ki, iyunun ilk yarısında Honkonqda yerli administrasiyanın məhkumların Çinə ekstradisiya edilməsiylə bağlı qanunun qəbul edlməsi planlarına qarşı kütləvi etiraz aksiyaları başlayıb.Daha sonra Honkonq rəsmiləri müvafiq qanunu qəbul etməkdən imtina ediblər.

 

Bundan sonra yerli əhali hüquq-mühafizə oraqanlarının etiraz aksiyalarında əhaliyə qarşı güc tətbiq etdiyinə görə istintaqın başlanması tələbləri ilə etiraz aksiyalarına başlayıb.