KİV: Tramp Qrenlandiyanı almaq arzusundadır

Məlumata görə, Tramp öz müşavirlərindən dəfələrlə ABŞ-ın Qrenlandiyanı ala bilib-bilməməsi barədə soruşub...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Avqust 2019, 09:30

ABŞ prezidenti Donald Tramp dünyanın ən böyük adasını, Danimarkaya aid olan Qrenlandiyaını almaq ideyası haqqında danışıb.

 

İnterAz xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Wall Street Journal" qəzeti yazıb.

 

Qeyd edilir ki, məsələnin müzakirəsi "müxtəlif ciddilik dərəcəsi" ilə keçirilib.

 

Məlumata görə, Tramp öz müşavirlərindən dəfələrlə ABŞ-ın Qrenlandiyanı ala bilib-bilməməsi barədə soruşub.