Hollandiya şahzadəsi vəfat edib

Şahzadə Haaqadakı malikanəsində ölüb.

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 16 Avqust 2019, 13:57

Hollandiya şahzadəsi Kristina 72 yaşında vəfat edib.

 

İnterAz xəbər verir ki, bu barədə Niderland hökuməti məlumat yayıb.

 

Məlumata görə, şahzadə Haaqadakı malikanəsində ölüb. Onun bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.