Hizbullah lideri İrana qarşı müharibə haqda xəbərdarlıq edib: Bütün regionu alov bürüyəcək

Hizbullah lideri ötən gün 2006-cı ilin 33 günlük müharibəsinin ildönümü münasibətilə çıxışı zamanı baş verə biləcək hər hansı bir müharibə ilə bağlı xəbərdarlıq edib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Avqust 2019, 10:47

 "İrana qarşı hər hansı bir müharibə, bütün müqavimət cəbhəsinə qarşı müharibə hesab edilir. Bu regionun hamısında partlayışa və alova bürünməsinə səbəb olacaq."

 

İnterAz SalamNews istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.

 

Hizbullah lideri ötən gün 2006-cı ilin 33 günlük müharibəsinin ildönümü münasibətilə çıxışı zamanı baş verə biləcək hər hansı bir müharibə ilə bağlı xəbərdarlıq edib.

 

Onun sözlərinə görə İrana qarşı müharibə bütün müqavimət cəbhəsinə qarşı müharibə hesab ediləcək və bütün bölgə partlayacaq.

 

Həsən Nəsrullah eyni zamanda 2006-cı ilin Hizbullahı ilə təşkilatın hazırki vəziyyətini müqayisə edib və İsrail və ya ABŞ-ın təşkilata qarşı başlatmaq istədiyi hər hansı bir müharibə ilə bağlı xəbərdarlıq edib.

 

 

"Əgər Livana girsəniz israillilər hərbi briqadalarınızın dağıdılmasını canlı yayımda görə biləcəklər", deyə Hizbullah lideri özünəməxsus şəkildə İsrailə xəbərdarlıq edib.