İran Böyük Britaniya gəmisinin azad edilmə şərtini açıqlayıb

Abbas Musəvi: "İngilis tankerini buraxmaq üçün məhkəmə qərarını gözləmək lazımdır"...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 19 Avqust 2019, 12:16

İran Böyük Britaniya gəmisinin azad edilmə şərtini açıqlayıb.

 

İnterAz xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi bir ay əvvəl İran tərəfindən saxlanılan Böyük Britaniya tankeri “Stena İmpero”nun sərbəst buraxılması üçün məhkəmə qərarının gözlənilməli olduğunu açıqlayıb. Onun sözlərinə əsasən, ingilis tankerinin Fars körfəzində saxlanmasının daha öncə Cəbəllütariqdə İran nefti ilə tankerin tutulması ilə heç bir bağlılığı olmayıb. "İngilis tankerini buraxmaq üçün məhkəmə qərarını gözləmək lazımdır", - deyə  brifinq zamanı Abbas Musəvi bildirib. "Məhkəmə qərarını gözləyirik. Məhkəmə qərar verərsə, gəmi sərbəst buraxılacaq", - deyə İran rəsmisi əlvə edib.