Netanyahunun həyat yoldaşı Ukraynada qalmaqala səbəb olan addım atıb

Sara Netanyahu duz çörəyi yerə atıb...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 19 Avqust 2019, 13:43

İsrailin Baş Naziri Binyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu Ukraynanın paytaxtı Kiev şəhərinə rəsmi səfərə edib.

 

İnterAz xəbər verir ki, səfər zamanı Kiev hava limanına enən Binyamin Netanyahu və həyat yoldaşı Saranı milli geyimdə olan Ukrayna qızları duz-çörəklə qarşılayıblar. Protokola uyğun olaraq Binyamin Netanyahu çörək və duzdan dadaraq, daha sonra Sara Netanyahuya verib. Sara Netanyahu isə verilən duz çörəyi yerə atıb.