Kaliforniyada uçuşa hazırlaşan təyyarə yanıb

Hadisənin səbəbləri haqda məlumat verilməyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Avqust 2019, 09:03

ABŞ-ın Kaliforniya ştatının Orovill şəhərində yerləşən hava limanında uçuşa hazırlaşan təyyarə yanmağa başlayıb.

 

İnterAz "Life.ru"ya istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində olan səkkiz sərnişin və iki ekipaj üzvü xəsarət almadan nəqliyyat vasitəsini tərk edib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

 

Yanğın tez bir zamanda söndürülüb. Kadrlardan da göründüyü kimi, təyyarə iki yerə bölünüb və demək olar ki, tamamilə yanıb.

 

Hadisənin səbəbləri haqda məlumat verilməyib.