ABŞ «təqib» etdiyi İran neft gəmisinin kapitanına milyonlarla dollar pul təklif edib

ABŞ-ın Dövlət Katibliyi "Financial Times"ın bu məlumatını təsdiqləyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 05 Sentyabr 2019, 10:34

 ABŞ İranın Adrian Darya gəmisi ilə bağlı müxtəlif ölkələrə xəbərdarlıq etməklə yanaşı, iki milyon barel neft daşıyan bu gəminin kapitanına da milyonlarla dollar pul təklif edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

 

Mənbə bidlirib ki, ABŞ Dövlət Katibliyinin İran məsələlərilə bağlı rəsmisi Brayan Huk Aralıq dənizində üzən və iki milyon bareldən çox neft yükü olan Adrian Darya (Grace-1) neft tankerinin kapitanına milyonlarla dollar pul təklif edib. Məlumata əsasən Adrian Darya-nın hindistanlı kapitanı Axiriş Kumardan milyonlarla dollar qarşılığında tələb edilib ki, gəmini, saxlanılması mümkün olan bir ölkə sahilinə istiqamətləndirsin.

 

Mənbə bildirib ki, Brayan Huk bu təklifi kapitanın elektron poçtasına göndərib və ona rifahlı həyat vəd edib.

 

ABŞ-ın Dövlət Katibliyi "Financial Times"ın bu məlumatını təsdiqləyib.

 

Bunun ardından İran XİN rəhbəri Cavad Zərif rəsmi twitter səhifəsində ABŞ-ın bu addımına maraqlı münasibət bildirib:

 

"ABŞ piratlıqla bacarmadığı işi indi birbaşa qıcıqlandırmaqla həyata keçirmək istəyir. Deyir ki, İran neftini bizə verin milyonlarla dollar alın ya da sanksiyalarla üzləşəcəksiz."