Nigeriya polisi Aşura mərasiminə atəş açıb, ölənlər var

Aşura mərasiminə qatılanlardan azı 10 nəfərin həlak olduğu deyilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Sentyabr 2019, 14:43

Nigeriyanın müxtəlif bölgələrində polis qüvvələri Aşura mərasiminə atəş açıb. Ölkənin cənub şərqində naməlum silahlılar da Aşura mərasimini hədəfə alıblar.

 

İnterAz SalamNews- a istinadla xəbər verir ki, Nİgeriyanın Kaduna, Bauçi, Qambi, Katsina və Sokoto əyalət və şəhərlərində Aşura mərasiminə polis qüvvələri tərəfindən atəş açılıb.

 

Aşura mərasiminə qatılanlardan azı 10 nəfərin həlak olduğu deyilir.

 

Eyni zamanda Abuni əyalətində Aşura mərasimi keçirən inanclılara da naməlum silahlılar tərəfindən hücum edilib. Onlarla ölən və yaralanın olduğu bildirilir.

 

Qeyd edək ki, Nigeriya polisi ötən illərdə də Aşura mərasiminin əzadarlığına və yürüşlərinə atəş açmışdı. Ən qanlı hadisə isə 2015-ci ildə baş vermiş burada 300-dən çox insan həlak olmuşdu.