İslam ölkələrində Aşura mərasimi izdihamlı şəkildə qeyd edilib

Əfqanıstanın Kabil və Hərat şəhəri, Pakistanın Kvetta əyalətinin rayonları təmtəraqlı Aşura mərasimlərinə şahidlik edib....

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Sentyabr 2019, 15:19

Hüznlü Aşura əzadarlığı təkcə İraq və İranda deyil, Livanda, Yəmən, Bəhreyn, Kuveyt, Əfqanıstan, Pakistan, Türkiyə, Nigeriya, Azərbaycan və sair müsəlman ölkələrində də təmtəraqlı şəkildə qeyd edilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, on minlərlə insan Aşura günü ilə bağlı Beyrutun cənubunda əd-Dahiyə meydanında bir araya gələrək əzadarlıq mərasimləri keçiriblər.

 

Eyni zamanda Yəmənin paytaxt Səna şəhəri və Səda əyalətinin inzibati mərkəzi izdihamlı Aşura mərasiminin şahidi olub.

 

İstanbulda minlərlə əhli-beytsevər "Halkalı-Zeynəbiyyə"də bir araya gələrək, İmam Hüseynə təziyələr saxlayıblar.

 

Bəhreynin əksər bölgələri xüsusilə də paytaxt Mənamənin ətraf rayonları izdihamlı Aşura mərasimlərinin şahidi olub.

 

Əfqanıstanın Kabil və Hərat şəhəri, Pakistanın Kvetta əyalətinin rayonları təmtəraqlı Aşura mərasimlərinə şahidlik edib.