Kərbəlada Aşura mərasimində 31 nəfər ölüb, 96 nəfər yaralanıb

İraqın Kərbəla şəhərində Aşura günü ilə bağlı keçirilən mərasim zamanı yaranmış sıxlıqda azı 31 nəfər ölüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Sentyabr 2019, 17:43

İraqın Kərbəla şəhərində Aşura günü ilə bağlı keçirilən mərasim zamanı yaranmış sıxlıqda azı 31 nəfər ölüb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

 

Bildirilib ki, yaralıların sayı 96-ya çatıb.

 

Ölkənin Səhiyyə Nazirliyi bu ana qədər 16 nəfərin öldüyünü təsdiqləyib.