Kərbəlada izdiham və sıxlıqda ölənlərə görə 3 gün matəm elan edilib

Bu hadisə nəticəsində 100-dən çox zəvvar yaralanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 10:13

Kərbəla əyalətində 3 gün matəm elan edilib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, İraqın Səhiyyə mənbələri ötən gün Kərbəlada İmam Hüseynin məqbərəsində sıxlıq və izdiham səbəbindən ölənlərin sayının 31-ə çatdığını bildirib. Bunun ardından ölkədə 3 gün matəm elan edilib.

 

Məlumata görə, hadisə Aşura günü İmam Hüseynin məqbərəsində "Rəkzət Tuveyric" ayinin keçirilməsi zamanı baş verib.

 

Bu hadisə nəticəsində 100-dən çox zəvvar yaralanıb.

 

Onların arasında xarici zəvvarların da olduğu bildirilir.