Bakı məscidlərində Aşura gününün Şami-Qəriban ayini keçirilib

Şami-Qəriban ayini İmam Hüseynin əsir düşmüş körpələrini anmaq məqsədi daşıyır...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 11:05

Azərbaycanın əksər bölgələri o cümlədən Bakı məscidləri ötən gün Şami-Qəriban ayinlərinin şahidi olub.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, ötən gün Bakı məscidləri Aşura günündə keçirilən Şami-Qəriban ayininin şahidi olub.

 

Şami-Qəriban ayini İmam Hüseynin əsir düşmüş körpələrini anmaq məqsədi daşıyır. Aşura günü günorta İmam Hüseyn və 72 səhabəsi şəhid edildikdən sonra onların övladları və xanımları əsir götürülür. Artıq belə bir zamanda onlar tam əsarətdə qalan yetimlər, qəriblər və kimsəzilər idilər. Şami-Qəriban ayinində İmam Hüseynin bacısı həzrəti Zeynəbin və onun körpələrinin hal dilindən mərsiyələr oxunur və onların fəzilətləri barədə xütbələr deyilir.