Ərdoğan: Ankara amerikalı sahibkarlara dəstək verməyə hazırdır

Ankara amerikalı sahibkarlara mühüm dəstək verməyə hazırdır...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 11:14

Ankara amerikalı sahibkarlara mühüm dəstək verməyə hazırdır.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkarlardan ibarət nümayəndə heyəti ilə görüşü zamanı deyib.

 

Onun sözlərinə görə, Türkiyə ilə ABŞ arasındakı ticarət əlaqələri ən yüksək səviyyədədir və yaxşı olardı ki, bu, tərəflər arasında siyasi münasibətlərə də müsbət təsir göstərsin.

 

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə və ABŞ ticarət dövriyyəsini artırmaq niyyətindədir.