ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb

Qəzadan sonra təyyarə tamamilə yanıb, hadisə yerinə gələn yanğınsöndürənlər onu söndürüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 16:04

ABŞ-ın Ohayo ştatında Toledo şəhərinin hava limanı yaxınlığında göyərtəsində avtomobil hissələri olan yük təyyarəsi qəzaya uğrayıb.

 

İnterAz bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

 

Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla səhər saat 3-də (Bakı vaxtı ilə saat 11:00) baş verib. Təyyarədə olan iki nəfərin taleyi hələlik məlum deyil.

 

Qəzadan sonra təyyarə tamamilə yanıb, hadisə yerinə gələn yanğınsöndürənlər onu söndürüb.

 

Hava limanının təhlükəsizlik əməkdaşlarının bildirdiyinə görə, qəzadan əvvəl onlar təyyarə ekipajından qəza siqnalı almayıb.