Raket atəşi səbəbindən toplantıdan «qaçan» Netanyahu tənqid atəşinə tutulub

İsrail baş naziri ölkə müxalifətinin nümayəndələri tərəfindən kəskin tənqid atəşinə tutulub...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 16:18

İsrail baş naziri Benyamin Netanyahu toplantıdan "qaçdığına" görə tənqid atəşinə tutulub.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail baş naziri ölkə müxalifətinin nümayəndələri tərəfindən kəskin tənqid atəşinə tutulub.

 

Netanyahunun cari ayda keçiriləcək Knesset seçkilərindəki əsas rəqiblərindən biri Benni Qantz ötən günkü toplantıda israil baş nazirinin sözün əsl mənasında toplantıdan qaçdığını bildirib.

 

İsrailin "Kaxol-lavan" siyasi partiyasının sədri bildirib ki, o Netanyahunun yerinə olsaydı belə etməz, "fələstinlilərin raketlərinə görə özü sığınacağa qaçıb, secicilərini təhlükə ilə üzbəüz tək buraxmazdı."

 

Qeyd edək ki, ötən gün Aşdud qəsəbəsində çıxış edən Netanyahu fələstinlilərin raket atəşi səslərindən dərhal sonra toplantını tərk edərək, sığınacağa gedib. Netanyahu İsraildə sosial şəbəkələrdə kəskin şəkildə tənqid atəşinə tutulub.