Bir sutkada 1.6 min suriyalı qaçqın ölkəsinə dönüb

Ötən sutka ərzində 1625 suriyalı qaçqın müxtəlif sərhəd keçidlərindən keçərək, öz ölkələrinə dönüblər...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 13:50

Ötən sutka ərzində 1625 suriyalı qaçqın müxtəlif sərhəd keçidlərindən keçərək, öz ölkələrinə dönüblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı "Sülh Mərkəzi" məlumat yayıb.

 

Mərkəzin bəyanatına əsasən son qutkada 1625 suriyalı qaçqın və məcburi köçkün müxtəlif sərhəd keçidlərindən keçməklə ölkə ərazisinə (hökumətin nəzarətində olan bölgələr) daxil olublar.

 

Onların bir qismi Livan, digər bir qismi isə İordaniya ərazilərindən ölkələrinə dönüblər.

 

Mərkəz bildirib ki, iyul ayının 18-dən indiyədək ölkəyə 396 min suriyalı qaçqın dönüb.

 

Qeyd edək ki, Suriya Ordusu, Livan və İordaniya sərhədində yerləşən Dəra, Suveyda, Dəməşqətrafı, Qunaytara əyalətlərini və sair bölgələri terror qruplaşmalarından təmzilədikdən sonra xaricə sığınan qaçqınların geri dönməsi tendensiyası sürətlənib.