Səudiyyə kralının qızı Fransa məhkəməsi tərəfindən 10 ay həbsə məhkum edilib

Məhkəmənin qərarına əsasən şahzadə Həssa bint Salman beynəlxalq müstəvidə də axtarılışa verilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 13 Sentyabr 2019, 11:50

Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləzizin qızı Həssa bint Salman Fransada bir santexnikin döydürülməsi və onu girov saxlanılması ittihamı ilə qiyabi şəkildə təqsirləndirlirib və barəsində həbs qərarı verilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Fransada məhkəmələrdən biri Həssa bint Slman haqda 10 ay həbs qərarı çıxarıb.

 

Zərərçəkən santexnik Əşrəf Eyd iddia edib ki, Fransada Həssa bint Salmanın evində iş görərkən xanımın sifarişi ilə onun cangüdənləri tərəfindən döyülüb və bir müddət girov saxlanılıb.

 

Zərərçəkən şəxs məhkəmədə iddia edib ki, evin daxilindən bir neçə şəkil çəkdiyinə görə cangüdən və gözətçilər onu döyüblər və daha sonra şahzadənin ayağını öpməsi və ondan üzr istəməsini tələb ediblər.

 

Məhkəmənin qərarına əsasən şahzadə Həssa bint Salman beynəlxalq müstəvidə də axtarılışa verilib.

 

Səudiyyə kralının qızı 2016-cı ildə baş verdiyi deyilən bu hadisəni inkar edir.