Ayətullah Sistani ABŞ rəsmilərinin görüşlə bağlı təklifini rədd edib

İslam dünyasının və İraqın tanınmış müctəhidi Ayətullah Seyid Əli Sistani Amerika rəsmilərinin görüşlə bağlı təkliflərini rədd edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Sentyabr 2019, 10:14

 İslam dünyasının və İraqın tanınmış müctəhidi Ayətullah Seyid Əli Sistani Amerika rəsmilərinin görüşlə bağlı təkliflərini rədd edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Ayətullah Sistani Nəcəf şəhərində iranlı din alimi Ayətullah Misbah Yəzdini qəbul edərkən deyib.

 

Ayətullah Sistani bu görüşdə bildirib ki, 2003-dən başlayaraq, ABŞ rəsmiləri dəfələrlə və müxtəlif vasitələrlə onunla görüşmək üçün təkliflər irəli sürüblər.

 

Ayətullah Sistani vurğulayıb ki, o, ABŞ qüvvələrinin İraqda olmasını qeyri-legitim bilir və buna görə onlarla görüş təklifini qəbul etməyib.

 

Eyni zamanda Ayətullah Sistani bildirib ki, müstəmləkəçilər xüsusilə də Britaniya müsəlman dünyası və İraqda təfriqə salmaq üçün müxtəlif vasitələrə o cümlədən intenret səhifələri və sosial şəbəklər üzərindən proqramlara rəvac verməkdədir.