Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Tunisdə ötən gün keçirilən prezident seçkilərinin qeyri rəsmi və ilkin nəticələri açıqlanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Sentyabr 2019, 15:19

Tunisdə ötən gün keçirilən prezident seçkilərinin qeyri rəsmi və ilkin nəticələri açıqlanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Tunisdə ötən gün keçirilən prezident seçkilərinin səslərinin sayımı və hesablanması davam edir. Məlumata görə səslərin 27 faizinə baxılıb və ilkin nəticələrə görə əl-Müstəqbəl partiyasının namizədi Qeys Səid qutulara atılan səslərin 19 faizini əldə etməklə öndə gedir.

 

Ondan sonra 15 faiz səslə hazırda polis tərəfindən saxlanılmış Nəbil əl-Qəravi, üçüncü yerdə isə islamçı ən-Nəhda hərəkatının namizədi Əbdül-Fəttah Mouru qərarlaşır.

 

Tunis Seçki Komitəsinin məlumatına görə ötən günkü seçkilərə seçicilərin yalnız 45 faizi qatılıb. Bu rəqəm inqilabdan (2011) sonra keçirilən 2014-cü ilin prezident seçkilərilə müqayisədə çox az bir rəqəm hesab edilir.

 

Tunisin bundan öncəki prezident seçkilərinə səsvermə səlahiyyətinə malik olan vətəndaşların 63 faizi qatılmışdı.